Səfərbərlik elan edilə bilər

Siyasət

Rusiya ordusunun Ukraynada cəbhə xəttində itkiləri əvəz etmək üçün kifayət qədər əsgəri yoxdur və bu itkilər 2022-ci ilin fevralında Rusiyanın işğalı başlayandan bəri ən yüksək səviyyəyə çatıb.

KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg Kremlə və Rusiya Müdafiə Nazirliyinə yaxın üç anonim mənbəyə istinadən yazıb.

BBC qeyd edir ki, vəziyyətlə tanış olan şəxsin sözlərinə görə, bölgə rəsmiləri çağırışçılara ödənişlərin artırılmasına baxmayaraq, orta hesabla çağırış kvotalarının üçdə birindən çoxunu doldura bilmir.

Rus ordusunun Kursk vilayətində Ukrayna qüvvələrinin hücumunu dəf edə və sərhədə nəzarəti ələ keçirə bilməməsi Rusiyada müdafiə ehtiyatlarının olmadığını göstərib.

Bloomberg-in başqa bir mənbəsi deyir ki, yeni səfərbərlik əmri 2024-cü ilin sonunda verilə bilər.

Xatırladaq ki, 21 sentyabr 2022-ci ildə Prezident Vladimir Putin Rusiyada 300 min insanı əhatə edən qismən səfərbərlik elan edib.

Oktyabrın sonunda Putin səfərbərliyin başa çatdığını bildirsə də, müvafiq fərman imzalamayıb.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir