Ermənistan Hindistan və İranın dəstəyi ilə “sərfəli” marşrut düşünüb, amma layihənin heç 2035-ci ildə də baş tutması mümkün görünmür…
“Ermənistan qüsursuz yüksəksürətli marşrut yaratmaq, həmçinin yeni logistik marşrutlar və qovşaqların işə salınması üzərində işləyir. Yaxın vaxtlarda Ermənistan, İran və Hindistanın iştirakı ilə ticarət yolunun işə düşməsi üçün üçtərəfli görüş baş tutacaq”.
“Resmixeber.az ” ,”Yeni Müsavat”a istinadən bildirir ki,, bu barədə “Sputnik-ə Ermənistan”a logistika şirkətlərindəki mənbələrdən məlum olub.
Görüşün İranda reallaşacağı deyilir. Üç ölkənin nəqliyyat sektorunun nümayəndələri Çabahar limanının infrastrukturu ilə tanış olacaq, Ermənistanın limandakı operator fəaliyyətini, həmçinin marşrutun tezliklə işə salınması ilə bağlı məsələləri müzakirə edəcəklər.
Daha əvvəl Ermənistan İqtisadiyyat Nazirliyindən bildirilmişdi ki, yeni marşrutlardan istifadə Ermənistanın ticarət potensialını artıracaq. İrəvanın Hindistana, eləcə də Cənub-Şərqi Asiyanın perspektivli bazarlarına etibarlı çıxışı olacaq.
Xatırladaq ki, marşrut Körfəz ölkələri və Hindistandan Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi ölkələrinə yüklərin daşınmasını nəzərdə tutur. Belə ki, Hindistanın Mumbay limanından yüklər Çabahar limanına (İranın cənub-şərqi), sonra quru yolu ilə Ermənistana (avtomobil və dəmiryolu ilə), oradan Gürcüstana, oradan Bolqarıstan və ya Yunanıstan limanlarına, ya da Rusiyaya (dəniz limanları və ya “Yuxarı Lars” keçid məntəqəsi vasitəsilə) çatdırıla bilər.