Beşinci medalımız Dominqesdən gəldi

İdman

Azərbaycan Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti medalını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, ölkəmizi təmsil edən boksçu Alfonso Dominqes finalda özbəkistanlı Lazizbek Mullojonovla qarşılaşıb.

92 kq çəki dərəcəsində yarışan təmsilçimiz həlledici görüşdə rəqibinə 0:5 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.

Qeyd edək ki, indiyədək Paris-2024-də cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedov (58 kq) gümüş mükafat qazanıb. Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medala sahib çıxıb.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir