Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “İsrailə girərik” deməsi, əsasən daxili auditoriya üçün yönəlib”.
Globalinfo.az xəbər verir ki, bunu İsraildəki MDB və Şərqi Avropa İnstitutunun rəhbəri Aleksandr Zinker deyib.
“Ərdoğanın indi İsrail barəsində dedikləri onun piar aksiyasıdır. Ən maraqlısı odur ki, Yaxın Şərqdə hər şey sakitləşəndə biz bu iki ölkə arasında ticarət münasibətlərinin bərpa olunmaq cəhdini görə biləcəyik”, – deyə o bildirib.
Bununla belə A.Zinker hazırda İsrail ətrafında təhlükəli vəziyyətin formalaşdığını bildirib. O, İranın İsrailə hücumu halında Təl-Əvivin bunu cavabsız buraxmayacağını, lakin tərəflərdən heç birinin müharibə istəmədiyini söyləyib.
Zinkerin fikrincə, baş verə biləcək müharibə Qafqaza təsirsiz ötüşməyəcək. İranda yaranacaq iqtisadi çətinliklər Ermənistanda problemlərə səbəb olacaq.