ABŞ hərbçiləri İraqda yaralandı

Dünya

İraqda Vaşinqtonun rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi “Eyn əl-Əsəd” aviabazasının atəşə tutulması nəticəsində bir neçə amerikalı hərbçi yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Pentaqon rəsmisi “TASS”a bildirib.

“Biz təsdiq edə bilərik ki, bu gün “Eyn əl-Əsəd” hava bazasında Amerika və koalisiya qüvvələrinə raket hücumu olub”, – deyib.

O, əlavə edib ki, ABŞ ordusu insidentlə bağlı yeni məlumatlar əldə olunduqca daha ətraflı məlumat verəcək.

Qeyd edək ki, bundan əvvəl “Shafaq News” portalı İraq təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat vermişdi ki, ölkənin qərbindəki Ənbar əyalətində beynəlxalq koalisiya qoşunlarının istifadə etdiyi “Eyn əl-Əsəd” aviabazası raket atəşinə tutulub.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir