Fransada Olimpiada başlayandan bəri 200 nəfər saxlanılıb

Dünya

Parisdə Olimpiya Oyunları başlayandan bəri ümumilikdə 200 nəfər müxtəlif qanun pozuntularına görə saxlanılıb”.

resmixeber.az BFMTV-yə istinadən xəbər verir ki, bu sözləri Fransanın daxili işlər və xarici ərazilər naziri Jerald Darmanen brifinqdə bildirib.

Onun sözlərinə görə, Olimpiya Oyunlarının ilk həftəsi ərzində 200 nəfər saxlanılıb, onlardan 180-i nəzarətə götürülüb. Darmanen bildirib ki, oyunlar zamanı ümumi cinayət sayı azalıb. O, bunu küçələrdə polis və jandarmların çoxluğu ilə izah edib.

Qeyd edək ki, iyulun 26-da Fransanın paytaxtında 2024-cü il oyunlarının açılış mərasimi keçirilib.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir