ABŞ və İranın dolayı məsləhətləşmələri: Omanda nələr danışılıb?

Dünya




ABŞ və İran Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almaq üçün bu həftə Omanda “birbaşa olmayan danışıqlar” aparıblar.

Məlumata görə, ABŞ tərəfdən məsləhətləşmələrdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqurk və ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi vəzifəsini icra edən Abram Paley iştirak ediblər.

Qeyd edək ki, İrandan məsləhətləşmələrdə kimin iştirak etdiyi məlum deyil. Danışıqlar İran və onun müxalif qüvvələrinin regionda mümkün hərəkətlərinin nəticələrinin müzakirəsinə, habelə Tehranın nüvə proqramı ilə bağlı ABŞ-nin narahatlığına həsr olunub.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir