Tayvan parlamentində kütləvi dava: Hakim partiyanın üzvü bülletenləri götürərək qaçdı – VİDEO

Dünya




Tayvan parlamentində millət vəkilləri arasında parlament islahatları ilə bağlı kəskin mübahisələr baş qaldırıb.

Ölkənin yeni seçilmiş Prezidenti Lay Szin-tenin qanunvericilik çoxluğu olmadan vəzifəyə başlamasından bir neçə gün əvvəl, tayvanlı millət vəkilləri Nümayəndələr Palatasının islahatları ilə bağlı şiddətli mübahisələr zamanı bir-birilərini itələyərək dava ediblər, bir-birilərinə yumruq atıblar.

Deputatlar spikerin kreslosu ətrafında izdiham yaradıblar, bəziləri masaların üzərindən tullanaraq həmkarlarını yerə dartıblar.

Daha sonra hakim partiyanın üzvlərindən biri islahatlarla bağlı qanun layihəsinin qəbuluna mane olmaq üçün bülletenləri götürərək qaçıb.

Mənbə: “Reuters”, “Yeni şafak” na russkom

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir