Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxsin Xocavənddə kütləvi məzarlıqda tapılan qalıqları dəfn olunub

HƏRBİ




Birinci Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Novruz Mahmud oğlu Quliyevin Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzuli rayonunda torpağa tapşırılıb.

resmixeber.az xəbər verir ki, şəhid Novruz Quliyevin nəşi Füzulidə izdihamla qarşılanıb və ailəsinin yaşadığı Füzuli ərazisindəki qəsəbəyə gətirilib.

Şəhidlə vida mərasimi olub.

Nəşin qalıqları Bala Bəhmənli kənd məzarlığına gətirilib. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hökumət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Novruz Mahmud oğlu Quliyev 1964-cü ildə Füzuli rayonunun Çimən kəndində doğulub. Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq döyüşlərə qatılıb. Çimən kəndində gedən döyüşlər zamanı itkin düşüb.

Novruz Quliyevin nəşinin qalıqları 2022-ci ildə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir