Öldüyü deyilən qazi illər sonra ayaqlarını itirdiyi yerdə: Qubadlıdan təsirli görüntülər – VİDEO

HƏRBİ




Baku TV Vətən müharibəsində Qubadlı uğrunda gedən döyüşlərdə hər iki ayağını itirmiş qazi Camal Alxasov haqqında reportaj hazırlayıb.

Dörd il sonra yaralandığı yerə gedən Camal həmin anları xatırlayıb:

“İlk minaatan mərmisi düz maşının qabağına düşdü. Onda gözümdən və qulağımdan yaralandım. Kazarmaya çatmağa az qalmış polkovnik Tahir Məmmədov səsləndi ki, “istəyirsən, minaatan üstünə düşsün? Qaç dedim sənə, əsgər”. Elə onda minaatan zərbəsi məni havaya qaldırıb yerə atdı. Ayaqlarımı, qolumu tərpətmək istəyəndə gördüm ki, işləmir”.

Ayaqlarının basdırıldığı yeri də ziyarət edən Camal necə xilas olunmasından da danışıb:

“Məni yaralı vəziyyətdə Elxan və Mamed qardaşları sürüyərək kazarmanın zirzəmisinə salıblar. Amma gözlərim görmədiyi üçün həmin anları xatırlamıram. Ayaqlarımı transformatorun yanında basdırıblar”.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir