Ceyhun Bayramov Ermənistanla sülh sazişində əsas tələb olunan məqamı AÇIQLADI

Siyasət




“Hesab edirəm ki, əldə edilmiş nəticə tarixi nəticədir. Delimitasiya olunan hissə dövlət sərhədinin 10 kilometrdən bir qədər artıq hissəsidir”.

resmixeber.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu fikirləri ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla görüşü zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, delimitasiyanın ən böyük nəticəsi iki dövlət arasında birbaşa danışıqlar, diplomatik yolla danışıqlar masası arxasında nail olunan nəticədir:

“Masa arxasında danışıqlar nəticəsində işğal altında olan dörd kəndimiz geri qaytarılıb. Bu danışıqlar masası arxasında problemlərin müsbət həllinə doğru gedəcəyimizin əyani sübutudur. Münhen, Berlin və Almatada keçirilən görüşlər oldu. Heyətlər arasında müzakirələr aparıldı, lakin müzakirələr barədə detallar vermək istəmirəm. Xüsusi spesifik məqamlar var. Amma qeyd edim ki, müzakirələr zamanı gözləntilər real olmalıdır. Həssas məqamlar var. Azərbaycan tərəfi beynəlxalq hüquqa əsaslanan, ədalətli addımlar istəyir. Bu saziş gələcəkdə sual altında qala biləcək hər hansı kiçik məqama belə yol verilməyəcək şəkildə həyata keçirilməlidir. Çalışırıq ki, qarşılıqlı həll yolları tapılsın. Almatı danışıqları sülh prosesi istiqamətində böyük addım oldu. Prosesin önəmli bir hissəsi idi, çünki tərəflər arasında prosesin davam etməsi istənildi. Düşünürük ki, danışıqlar yaxın gələcəkdə də davam edəcək”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir