Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir

Dünya




Ukraynada Xarkov vilayətinin şimalından 7 mindən çox insan təxliyə edilib.

Bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov məlumat verib.

Məlumata görə, Rusiya tərəfindən davamlı atəşə tutulması və ərazidə irəliləmək cəhdləri səbəbindən bölgədə əhalinin təxliyəsi davam edir.

“Düşmən Xarkov vilayətinin şimalında irəliləmək cəhdlərini dayandırmır. Yerli əhalinin təxliyəsi davam edir. Artıq Çuquyev, Xarkov və Boqoduxov rayonlarından 7 023 nəfər təxliyə edilib”, – deyə o, “Telegram” hesabında yazıb.

Mənbə: UNN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir