Yasamal rayonu, Əbdülvahab Salamzadə küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, qəza səbəbindən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb.
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən yol polisi əməkdaşlarına məlumat verilib.
Yaranan sıxlığın qarşısını almaq üçün tədbirlər görülür.
www.RESMIXEBER.az