İtaliya A seriyası: Çempion “İnter” rəqibini darmadağın etdi

Dünya




İtaliya A seriyasının 36-cı turuna start verilib.

resmixeber.az xəbər verir ki, ilk oyun günündə “Frazinoni”nin qonağı olan “İnter” rəqibini böyük hesabla məğlub edib.

Məhsuldarlığı ilə yadda qalan görüşdə hesab 19-cu dəqiqədə açılıb.

Frattesi komandasını qələbəyə ruhlandırıb – 1:0. Fasilədən sonra hücumlarının kəsərini artıran “İnter” futbolçuları rəqibi ardıcıl dörd dəfə cəzalandırıblar. Marko Arnoutoviç 60-cı dəqiqədə fərqi ikiyə yüksəldib – 2:0. 77-ci dəqiqədə Tayon Buçanan üçüncü dəfə ev sahiblərini meydanın mərkəzinə dəvət edib – 3:0. Ardınca Lautaro Martinez dəqiq oynayıb – 4:0. Görüşdə son nöqtəni Markus Türam 84-cü dəqiqədə vurduğu qolla qoyub – 5:0.

Qeyd edək ki, üç tur öncə çempionluğunu elan edən “İnter”in 92 xalı var. “Frazinoni” 32 xalla 17-cidir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir