Çinli idmançı Bakıda dünya rekordunu yenilədi – VİDEO

Cəmiyyət




Bu gün atıcılıq üzrə Dünya Kubokunda qadınlar və kişilər arasında tüfəngdən 50 metr məsafəyə 3 mövqe üzrə atəş açma növündə final görüşləri keçirilib.

resmixeber.az Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Almaniyanı təmsil edən Anna Yanssen həlledici qarşılaşmada “Tokio – 2020”də olimpiya çempionu olmuş isveçrəli Nina Kristeni üstələyərək qızıl medalın sevincini yaşayıb. Nina Kristen gümüş, Jiayu Han bürünc medalla kifayətlənib.

Qadınların mübarizəsindən sonra kişi atletlərin yarışı baş tutub. Çini təmsil edən atletlər qızıl medal uğrunda yarışıblar. Yukun Liu son atışları daha dəqiq yerinə yetirərək həm qalib olub, həm də dünya rekordunu yeniləyib (467,3). Çinli Linshu Du gümüş, fransalı Lukas Bernar Denis Kriz bürünc medal qazanıb.

Qeyd edək ki, Dünya Kubokunda 80-dən çox ölkənin 400-dən artıq idmançısı mübarizə aparır. Turnirə mayın 12-də yekun vurulacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir