Çempionlar Liqası: “Borussiya”nın finaldakı rəqibi müəyyənləşdi – VİDEO

Dünya




UEFA Çempionlar Liqasının 1/2 final mərhələsinin cavab oyunu çərçivəsində “Real Madrid” və “Bavariya” üz-üzə gəliblər.

Oxu.Az xəbər verir ki, “Santyaqo Bernabeu”dakı matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Matçın 68-ci dəqiqəsində münhenlilərin müdafiəçisi Alfonso Deyvis komandasını hesabda irəli çıxarıb. Lakin Joselunun 88 və 90+1-ci dəqiqələrdəki dublu sayəsində sevinən tərəf ispanlar olublar – 2:1 (4:3).

Xatırladaq ki, ilk oyunda komandalar 2:2 hesabı ilə bərabərə qalıblar.

Beləliklə də, finalda kral klubunu PSJ-ni məğlub edən “Borussiya” gözləyir.

 

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir