Avropa İttifaqının (Aİ) 27 ölkəsinin səfirləri Kiyevə silah tədarükünü maliyyələşdirmək üçün Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə olunan gəlirlərin müsadirə edilməsi ilə bağlı qərar qəbul ediblər.
Bu qərar indi Aİ Şurası tərəfindən nazirlər səviyyəsində təsdiqlənməlidir.
Avropa Komissiyası bu yolla 2024-cü ildə iki milyard avrodan üç milyard avroya qədər vəsait toplamaq niyyətindədir və bu vəsaitin 90%-nin Kiyev üçün silah alınmasına yönləndirilməsi nəzərdə tutulur.
Mənbə: TASS
www.RESMIXEBER.az