“Qalatasaray”ın keçmiş futbolçusuna ağır cəza verilib

Dünya




Türkiyə İntizam Komitəsi “Qalatasaray”ın keçmiş futbolçusuna ağır cəza verib.

Məlumata görə, hazırda “Fatih Karagümrük”də çıxış edən Sofian Fequliyə beşoyunluq uzaqlaşdırma cəzası verilib.

Buna səbəb futbolçunun “Kayserispor”la görüşdə rəqibə qarşı sərt oynaması olub, nəticədə idmançı ikioyunluq uzaqlaşdırılıb və 26 min Türkiyə lirəsi dəyərində cəzalandırılıb.

Bundan başqa Sofian Fequli həmin görüş zamanı hakimə qarşı sərt etiraz etdiyi üçün əlavə üçoyunluq uzaqlaşdırma cəzası da alıb.

Qeyd edək ki, Sofian Fequli 2023-cü ildən “Fatih Karagümrük”ün şərəfini qoruyur.

Mənbə: Ntvspor.net

www.RESMIXEBER.az

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir