UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk cavab oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, PSJ Fransa paytaxtında Dortmund “Borussiya”sını qəbul edib.
Səfərdə 1:0 hesabı ilə məğlub olan Paris klubu bu dəfə də doğma meydanda öz azarkeşləri önündə eyni aqibətlə üzləşib.
Oyunda yeganə qolu 50-ci dəqiqədə Hummels vuraraq almanları finala çıxarıb – 0:1 (0:2).
Qeyd edək ki, mayın 8-də baş tutacaq digər yarımfinal qarşılaşmasında “Real Madrid” “Bavariya”nı qəbul edəcək. Komandaların ilk görüşü 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
www.RESMIXEBER.az

