Zərdabda ağır qəza, ölən var – FOTO

Cəmiyyət




Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Şəftəhal kəndi ərazisində qeydə alınıb.

Belə ki, Zərdab-Mollakənd yolu ilə hərəkət edən “Mercedes-Benz” markalı avtomobil qəfil idarəetmədən çıxaraq aşıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, bu gün saat 18 radələrində Ağcəbədi rayon sakini X.Paşayev idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsilə Zərdab rayonunun Şəftəhal kəndi ərazisində hərəkətdə olan zaman qarşısına çıxan iribuynuzlu heyvanı vurub, daha sonra isə idarəetməni itirərək avtomobili yol kənarına aşırıb. Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı Zərdab Rayon Polis Şöbəsində araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir