ABŞ-də gənc oğlan ibadət zamanı keşişi güllələməyə cəhd etdi – VİDEO

Dünya




ABŞ-nin Pensilvaniya ştatında ibadət zamanı kilsəyə hücum olub.

Sosial şəbəkələrdə bununla bağlı görüntülər yayılıb.

Kadrlarda kilsəyə girən bir kişinin keşişi vurmağa cəhd etdiyi görünür, lakin xoşbəxtlikdən silah açılmır. Kilsədə olanların müdaxiləsi sayəsində onun cinayətinin qarşısını almaq mümkün olub.

Hazırda hücum edən şəxs saxlanılıb. Onun 26 yaşlı Bernard Polite olduğu öyrənilib.

Polis nümayəndəsinin verdiyi məlumata görə, hüquq-mühafizə orqanları Bernardın evində onun qohumunun meyitini tapıblar. Lakin ikinci insidentlə bağlı hələlik heç bir ittiham irəli sürülməyib.

İstintaq davam edir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir