Bakıda qəza törədən şəxslər jurnalistlərə hücum etdilər – FOTO/VİDEO

Cəmiyyət




Gecə saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, qəza Heydər Əliyev prospektində qeydə alınıb.

Bildirilib ki, idarəetməni itirən “Toyota” markalı minik avtomobilinin sürücüsü maşını bordürə çırpıb.

Nəticədə avtomobilə ziyan dəyib. Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Qəzanı törədən sürücü və yaxınları ərazidə peşə fəaliyyətini yerinə yetirərək hadisəni işıqlandıran resmixeber.az TV-nin çəkiliş heyətinə təzyiq göstəriblər.

Onlar media nümayəndələrinin çəkiliş aparmasına qarşı çıxaraq, operatorun kamerasına əl atıb, etik normalardan kənar ifadələr işlədiblər.

Polisin müdaxiləsindən sonra jurnalistlər peşə fəaliyyətini davam etdirə biliblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir