Norveçli səyahətçi: “Şuşaya gedən mənzərəli yoldan təsirləndim və bu şəhərə valeh oldum”

Cəmiyyət




“Şuşaya gedən yol çox maraqlıdır və bu, məndə dərin təəssürat yaradıb”.

Bunu “resmixeber.az”a açıqlamasında Azərbaycanın azad edilmiş ərazilərinə səfəri ilə bağlı təəssüratlarını bölüşən norveçli səyahətçi Mayk Byorstad deyib.

O, Şuşa şəhərinə valeh olduğunu vurğulayıb:

“Şəhər gözəlliyi və mənzərələrə açılan mövqeyi ilə insanda dərin təəssürat yaradır. Bu, zəngin tarixə malik çox gözəl şəhərdir”.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olurlar.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir