Rusiyanın Kurqan vilayətinin sakini su altında qalan evinə baş çəkmək və orda vəziyyətin nə yerdə olduğunu görmək qərarına gəlib.
Ona görə də qorxu və riskləri də gözə alaraq üzə-üzə evinə doğru yol alıb. O, evinə sağ-salamat gedib çata bilsə də, qayıda bilməyib. Suyun axını əks istiqamətdə olduğu üçün problemlə üzləşib. Təkbaşına vəziyyətdən çıxa bilməyəcəyini anlayan kişi kömək çağırmağa başlayıb. Həyat yoldaşı Fövqəladə Hallar Nazirliyinə zəng edib.
Ərazidə patrul xidməti aparan xilasedicilər onun səsini eşidiblər və sudan çıxarıblar. Kişinin elə də ayıq vəziyyətdə olmadığı və üzərkən dizini zədələdiyi məlum olub.
Xatırladaq ki, bölgədə çox sayda ev, bağ sahəsi daşqın zonasında qalıb və hər kəs öz əmlakına görə narahatlıq keçirir.
Mənbə: “Readovka” “Telegram”
www.RESMIXEBER.az