Bakıda avtomobil işıqfor dirəyinə çırpılıb: Xəsarət alan var – FOTO

Cəmiyyət




Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

resmixeber.az xəbər verir ki, hadisə Xəqani Rüstəmov küçəsi ilə 8 Noyabr prospektinin kəsişməsində qeyd alınıb.

Hadisədə “Daewoo” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində kəsişmədə olan bir işıqfor dirəyi yararsız vəziyyətə düşüb.

Yol-nəqliyyat hadisəsində bir nəfər yüngül xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb ediliblər.

Hadisənin təfərrüatı araşdırılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir