Ukraynalı deputat: “Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilməzdir”

Dünya




“Sülh, ilk növbədə, ərazi bütövlüyünə, suverenliyə hörmət deməkdir. Sülh mükafatı separatizmdə ittiham olunan insana necə verilə bilər?”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsini şərh edən Ukrayna Ali Radasının üzvü Aleksey Qonçarenko deyib.

Bu mükafatın Ruben Vardanyana verilməsinin qəbuledilməz olduğunu vurğulayan deputat bildirib. “Əvvəla qeyd edim ki, Ruben Vardanyan Ukraynanın sanksiya siyahısındadır. Ukrayna hökuməti onun adını Rusiya oliqarxı kimi sanksiya siyahısına daxil edib. Rusiya oliqarxı olmaq bu və ya digər şəkildə Putinin pul kisəsi olmaq deməkdir. Belə bir insanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi şok effekti yaradır və qəbuledilməzdir. Bu şəxs çirkli pulların yuyulmasında və digər cinayətlərdə ittiham olunur”.

A.Qonçarenko bildirib ki, Ukraynada sanksiya siyahısı xüsusi xidmət və hüquq-mühafizə orqanları tərəfindən tərtib edilir. Əgər kimsə bu siyahıya daxil edilirsə, bunun üçün əsaslı səbəblər var. Vardanyanla bağlı səbəb onun rəhbərlik etdiyi müəssisələrin Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə təhdid törətməsidir. “Artıq Ukrayna parlamentinin bir sıra üzvləri bunun qəbuledilməz olmasına dair məktub imzalayıblar. Əminəm və inanıram ki, Nobel Mükafatı Komitəsi sadaladığım bu faktları nəzərə alacaq”, – deyə Ali Radanın üzvü əlavə edib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir