Misir israilli girovların qaytarılması məqsədilə döyüşən tərəfləri Qahirəyə dəvət edib

Dünya




Misir HƏMAS-ın saxladığı girovların qaytarılması üçün danışıqların aparılması məqsədilə bu gün İsrail nümayəndə heyətini Qahirəyə dəvət edib.

Misir mətbuatı yazır ki, danışıqlara HƏMAS da dəvət edilib.

“Dəvət sülh prosesini sürətləndirmək və Qahirəyə səfər edəcək HƏMAS nümayəndə heyəti ilə təmasın yaradılması istiqamətində mühüm addım kimi qiymətləndirilir”, – deyə mənbə vurğulayıb.

Qeyd edək ki, HƏMAS-la İsrail arasında atəşkəsin əldə edilməsi və girovların geri qaytarılması istiqamətində Misir, Qətər və Birləşmiş Ştatlar rəhbərliyi mütəmadi olaraq birgə səylərini davam etdirirlər.

Mənbə: Al-Arabi Al-Jadid

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir