Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar

Kriminal




Yardımlıda mal-qara oğurlayan şəxslər saxlanılıblar.

Bu barədə resmixeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, Yardımlı rayon sakini olan iki nəfər yaşadıqları kəndin ərazisindəki örüş sahəsindən iki baş inəyin oğurlanması barədə polisə məlumat verib.

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən X.Baloğlanlı və tanışı Ş.Əliyev müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı araşdırmalar aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir