Avro-2024: Azarkeşlər üçün yeni QADAĞA

Dünya




Futbol üzrə Avropa çempionatının oyunları zamanı stadionlarda olacaq azarkeşlərə özləri ilə yemək gətirmək qadağan ediləcək.

Məlumata görə, istənilən qida, o cümlədən meyvələr qadağandır.

Bildirilir ki, bu qadağa ənənəvi alman mətbəxinin satışını artırmaq üçün tətbiq edilib.

Qeyd olunur ki, bir insanın tibbi səbəblərə görə bu və ya digər qidaya ehtiyacı olarsa, o zaman istisna hal sayılacaq və həmin qidaların gətirilməsinə icazə veriləcək.

Xatırladaq ki, Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir