Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 38 nəfər ələ keçirildi – VİDEO

Dünya




Türkiyədə İŞİD-ə qarşı “Bozdoğan-31” əməliyyatı keçirilib.

Bu barədə ölkənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.

O, 6 vilayətdə keçirilən “Bozdoğan-31” əməliyyatlarında 38 şübhəlinin ələ keçirildiyini açıqlayıb.

Nazir sosial media hesabından verdiyi açıqlamada, əməliyyatın Təhlükəsizlik Kəşfiyyat Baş İdarəsi və Terrorla Mübarizə Şöbəsinin koordinasiyası ilə keçirildiyini bildirib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir