Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Dünya




Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nəticələri “Geophysical Research Letters” jurnalında dərc olunub.

Proqnoz Hindistan və Afrikanın çox hissəsi, Mərkəzi və Cənubi Amerika və Avstraliya da daxil olmaqla dünyanın bir çox bölgəsinə aiddir, eyni zamanda Florida və Texası da əhatə edir.

Qeyd edək ki, sağlam insanların əksəriyyəti quru istiliyə dözə bilər, lakin yüksək temperatur və yüksək rütubətin birləşməsi bədən üçün ciddi stress yaradır. Rütubət nə qədər yüksək olarsa, tər bir o qədər az buxarlanır, soyutma təsirini azaldır və bədən istiliyini normal hədlər daxilində tənzimləməyi çətinləşdirir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir