Rusiyada dəhşətli faciə: Üç uşaq diri-diri yandı – FOTO

Dünya




Rusiya Federasiyasının tərkibində yerləşən Buryatiya Respublikasında kənd sakini qadın üç körpə uşağını – 1 yaşlı qızını, 2 və 4 yaşlı oğullarını evdə təkbaşına qoyaraq qonşunun evinə içki içməyə gedib.

Oyun oynadıqları zaman uşaqlardan biri ehtiyatsızlıqdan pərdəni yandırıb. Yanğın çıxdığını görən və qorxan uşaqlar şkafın içində gizləniblər, lakin xilas ola bilməyiblər.

Yanğını görən ana evə doğru qaçıb, lakin qonşular onu yanğından uzaqlaşdırıblar. Qadın çarəsizcə yanğınsöndürənlərə içəridə uşaqların olduğunu qışqırıb.

“Orada uşaqlar var! Orada mənim uşaqlarım var!”, – deyə o kömək istəyib.  

Lakin ev tamamilə yanıb və uşaqları xilas etmək mümkün olmayıb. Təkcə ana və dördüncü uşağı – faciə zamanı məktəbdə olan 10 yaşlı oğlu sağ qalıblar.  

Bir çoxları baş verən hadisədə ananı günahlandırıb və onun səhlənkarlığa yol verdiyini, analıq hüquqlarından məhrum edilməli olduğunu deyiblər.

Mənbə: “Lenta dnya” “Telegram”

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir