2024-cü ilin yanvar-mart ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 787 kq 303,666 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 51 milyon 36 min manat qiymətləndirilir.
resmixeber.az-ın məlumatına görə, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Dövlət Komissiyasının hesabatında öz əksini tapıb.
Bildirilib ki, narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 1615 nəfər cinayət məsuliyyətinə cəlb edilib, həmin şəxslərdən 1564-ü kişi, 51-i qadın olub.
Cinayət məsuliyyətinə cəlb edilən 22 xarici ölkə vətəndaşından 99 kq 487,934 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
www.RESMIXEBER.az