Kiyevdə mikroavtobus uçuruma düşdü: Ölənlər və yaralananlar var – FOTO

Dünya




Ukraynanın Kiyev vilayətində yerin yarılması nəticəsində mikroavtobus qəzaya düşüb. İki nəfər ölüb, yeddi nəfər isə yaralanıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Verilən məlumata görə, qəza bu gün səhər saatlarında Oliva kəndi yaxınlığında İvankov-Radomışl avtomobil yolunda baş verib.

“İnsanların Peskovka kəndində işə getdikləri mikroavtobus uçuruma düşüb. Salonda doqquz sərnişin olub. Qəza nəticəsində iki nəfər ölüb, yeddi nəfər isə yaralanıb”, – deyə məlumatda bildirilib.

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir