Hindistanın paytaxtında yerləşən Qazipur zibilxanasında yanğın baş verib. Ekoloqlar hadisə ilə əlaqədar həyəcan təbili çalır – əhali ekoloji fəlakətlə qarşı-qarşıyadır.
Yerli ekspertlər qeyd edirlər ki, yanğına səbəb zibilxanada yaranan qaz olub.
Hələlik ölən və yaralananlar barədə xəbər verilmir.
Məlumata görə, Nyu-Delhinin şərqindəki Qazipur zibilxanası ölkənin ən böyük zibilliyidir. İctimai fəallar deyirlər ki, hər il onun hündürlüyü orta hesabla 10 metr artır (hələ 2019-cu ildə poliqonun hündürlüyü 65 metr idi).
Rəsmilər 2023-cü ilin sonuna qədər zibilxananı təmizləyəcəklərini vəd etmişdilər, lakin o vaxtdan bəri poliqonun hündürlüyü artmaqda davam edir.
Qazipura hər gün təxminən 2000 ton zibil atılır.
Mənbə: Aif.ru
www.RESMIXEBER.az