Balaca Ömərin köməyə ehtiyacı var: Ağır yanıq xəsarətləri alıb – FOTO

Cəmiyyət




Bir yaşlı Ömər ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.

Bu barədə resmixeber.az-a onun anası Günel Osmanova məlumat verib.

O bildirib ki, övladı aprelin 2-si yanıb.

“Biz Sabirabadda yaşayırıq. Ömər aprelin ikisi evdə oynayarkən qaynanmış süd olan qazanı üzərinə çəkdi. Hadisə olan günü rayon xəstəxanasına yollansaq da, vəziyyəti ağır olduğu üçün bizi Bakıya göndərdilər. Bakıda yerləşən xəstəxanalardan birində bir neçə həftə müalicə aldıq. Hazırda evə çıxmışıq”.

Günel Osmanova yardımsevər şəxslərin dəstəyinə ehtiyacları olduğunu deyib.

“Hazırda Ömərin müalicəsi üçün 600 manata ehtiyacımız var. İnanın bu məbləği qarşılamaq bizim üçün hazırda imkansızdıq. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (070) 664-99-79.

Kapital Bank: 4169 7388 6436 5451.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir