Messinin dublu və Busketsin qolu “İnter Mayami”yə qələbə gətirdi – VİDEO

Dünya




Aprelin 20-dən 21-nə keçən gecə “İnter Mayami” öz meydanında “Neşvill”i 3:1 hesabı ilə məğlub edib.

resmixeber.az xəbər verir ki, hesabı qonaqlar açıblar.

Artıq ikinci dəqiqədə “Neşvill” hesabda önə keçib. “İnter Mayami”nin müdafiəçisi Franko Neqri topu öz qapısına göndərib.

11-ci dəqiqədə meydan sahiblərinin argentinalı hücumçusu Lionel Messi hesabı bərabərləşdirib. Asistin müəllifi isə uruqvaylı Luis Suares olub. Fasilədən əvvəl Serxio Buskets Messinin ötürməsindən sonra dəqiq zərbə ilə komandasını önə çıxarıb. İkinci hissənin sonunda isə Messi penaltidən ev sahibləri üçün qələbə qolunu vurub – 3:1.

Qeyd edək ki, Buskets “İnter Mayami”nin heyətində rəsmi oyunlarda ilk qolunu vurub. “Barselona”nın sabiq futbolçusu Jordi Alba isə bu matç üçün heyətdən kənarda qalıb.

Hazırda “İnter Mayami” 10 matçdan sonra 18 xalla MLS-in turnir cədvəlində birinci yerdədir. Yeddi xalı olan “Neşvill” 25-ci sətirdə yer alıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir