Maldiv adalarında parlament seçkiləri keçirilir

Dünya




Maldiv adalarında növbəti parlament seçkiləri üçün səsvermə başlayıb.

Ölkə üzrə 600-dən çox seçki məntəqəsi açılıb.

Seçkilərin nəticələrinin yeddi gün ərzində açıqlanması planlaşdırılır.

Ada dövlətinin seçki komissiyasının məlumatına görə, hazırda ölkədə demək olar ki, 285 min səsvermə hüququ olan vətəndaş var. 93 seçki dairəsində onlar Maldiv adalarının ən yüksək qanunverici orqanı olan birpalatalı parlament – Xalq Məclisinin üzvlərini seçəcəklər.

Yeddi siyasi partiyadan 368 namizəd, o cümlədən müstəqil namizədlər deputat mandatı uğrunda mübarizə aparır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir