Moskvada keçirilən MMA turnirində iranlı və ermənistanlı döyüşçülər dava ediblər – VİDEO

Dünya




Rusiyanın paytaxtı Moskvada qarışıq döyüş sənəti (MMA) üzrə keçirilən “Hardkor” turnirində kütləvi dava baş verib.

“Azad İran” “Telegram” kanalı xəbər verir ki, erməni döyüşçü Arkadi Osipyan və iranlı idmançı Əli Heybəti arasında rinqdən kənarda baş verən dava kütləvi qarşıdurmaya çevrilib.

Məlumata görə, Əli Heybəti “ring girl”a təpik vurub. İranlı kütləvi davada iştirak etdiyi üçün cərimələnəcək və yarışlardan kənarlaşdırılacaq.

Qeyd edək ki, döyüşçülər və təhlükəsizlik işçiləri də daxil olmaqla bir neçə nəfər döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Tərəflər arasında qarşıdurmanın əsas səbəbi isə araşdırılır.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir