İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub – VİDEO

Cəmiyyət




Paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsində yeniyetmənin piyada işıqforuna zərbə vurmasını əks etdirən görüntülər araşdırılıb.

Bu barədə resmixeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.

Bildirilib ki, polis əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayan şəxs müəyyən olunub və valideynləri ilə birgə polis idarəsinə dəvət olunub.

“Profilaktiki söhbətlər aparıldıqdan sonra əmələ görə qanunamüvafiq tədbirlərin görülməsi təmin olunub”, – deyə o qeyd edib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir