Azərbaycanda Hesablama Palatasının audit yoxlamalarının sayının artırılması təklif olunur

Cəmiyyət




“Hesablama Palatası tərəfindən keçirdiyi auditlərin sayı və əhatə dairəsinin artması üçün bir sıra istiqamətlərdə əlavə tədbirlərin görülməsinə və resursların artırılmasına ehtiyac var”.

“resmixeber.az”un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bugünkü iclasında Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

“Nəzarət tədbirlərinin orta davam etmə müddətinin qısaldılması, dövlət orqanlarında elektron uçot sisteminin tətbiqinin genişləndirilməsi, dövlət maliyyə məlumatlarının vahid elektron bazasının yaradılması, elektron büdcə sisteminə keçid, süni intellektə əsaslanan risklərin müəyyən edilməsi bu hədəfə çatmağa imkan verə bilər. Əks halda palatanın ştat vahidlərinin sayının artırılması kimi klassik tədbirlərə ehtiyac yaranacaq”, – deyə T.Mirkişili bildirib.

Ümumiyyətlə, Hesablama Palatası 2023-cü il üçün əməliyyat planının 91,7%-ni icra edib. Bu, əvvəlki illə müqayisədə 10,4% artım deməkdir.

Deputat palata tərəfindən dövlət büdcəsi gəlirlərinin 95,4%-nin, xərclərinin isə 77,6%-nin auditinin aparılmasını mövcud imkanlar çərçivəsində məqbul hesab edir:

“Hesabat ilində palata tərəfindən monitorinq fəaliyyətinin genişləndirilməsini, verilən təkliflərini izlənməsinin artırılmasını təqdirə layiq hal hesab edirik. Ümumiyyətlə, düşünürük ki, hər il nəzarət tədbirləri zamanı aşkar edilən nöqsanların təkrarlanması bu halların olmaması üçün verilən bütün təkliflərin izlənməsini vacib edir. Bunu üçün müəyyən maarifləndirici alətlərdən də istifadə edilməsini vacib sayırıq”.

T.Mirkişili əlavə edib ki, hesabatda palata tərəfindən ilk dəfə olaraq həyata keçirilən hökumət əsaslı Dayanıqlı İnkişaf Məqsədlərinin qiymətləndirilməsi, konsolidə edilmiş maliyyə hesabatlarının auditinin aparılması, investisiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi haqqında geniş məlumatlar verilib: “Biz bu istiqamətlərdə palatanın fəaliyyətini məqbul hesab edirik”.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir