Sülhməramlıların Qarabağdan çıxması yeni dövrün başlanğıcını qoydu – VİDEO

Dünya




2020-ci ilin sentyabrında başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı zəfər Ermənistan hakimiyyətinin kapitulyasiya aktı imzalaması ilə nəticələnib.

Noyabrın 10-da Prezident İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli bəyanat imzalanıb. Bəyannamənin 3-cü bəndinə əsasən, Rusiya sülhməramlılarının 2025-ci ilə qədər bölgədə yerləşdirilməsi nəzərdə tutulurdu.

Lakin sülhməramlıların bölgədəki fəaliyyətinin müvəqqəti olduğunun sənəddə qeyd edilməsi və ölkə suverenliyinin bərpası prosesinin məntiqi sona çatdırılması Azərbaycan Prezidentinin qətiyyətli siyasətini bir daha nümayiş etdirib. Çünki məhz bu qətiyyət nəticəsində fəaliyyət müddəti tam başa çatmamış artıq sülhməramlı kontingentin ərazilərimizdən çıxarılmasına başlanılıb.

Lakin buna baxmayaraq, sülhməramlıların ərazilərimizdən çıxarılması Azərbaycanla Rusiya arasında münasibətləri zəiflədən yox, əksinə, daha da gücləndirən faktordur. Çünki iki ölkə arasındakı ikitərəfli dostluq münasibətləri bundan sonra daha da möhkəmlənəcək. Artıq Qarabağ mövzusu bağlanıb və münasibətlər də problemli məsələlər olmadan yeni inkişaf mərhələsinə qədəm qoymağı vəd edir.

Azərbaycan – Rusiya əlaqələrinin inkişafı həm də iki ölkə liderinin yaxın dostluq münasibətlərindən qaynaqlanır, əlaqələrin inkişafına güclü təkan verir. Azərbaycan isə ümumiyyətlə, özünün əməkdaşlıq siyasətində qonşu ölkələrlə münasibətlərin inkişafına xüsusi diqqət yetirir. 

Daha ətraflı Baku TV-nin süjetində:

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir