İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlanıb – VİDEO

Dünya




İranda məcburi hicab qaydalarının sərtləşdirildiyi və repressiv “Əxlaq polisinin” qadınlara qarşı zorakılığının artdığı bir vaxtda, geyim satışı sahəsində fəaliyyət göstərən bir sıra internet saytları və mağazaların səhifələri bağlanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, sahibkarlara heç bir xəbərdarlıq edilmədən geyim saytları və səhifələr hökumət tərəfindən bloklanıb.

Hökumətin bu addımının məcburi hicab qaydalarının icrası planının tərkib hissəsi olduğu bildirilib.

Xatırladaq ki, aprelin 16-da İranın Ali Mədəni İnqilab Şurası keçirdiyi iclasda ölkədə “İslam-İran geyim tərzi” milli sənədini təsdiq edib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir