FHN-in karate komandasının idmançıları dünya çempionatında uğur qazanıblar – FOTO

Cəmiyyət




Bolqarıstanın Albenia şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə karate üzrə uşaq, yeniyetmə, gənc, böyük və veteranlar arasında 14-cü dünya çempionatı keçirilib.

FHN-dən resmixeber.az-a verilən xəbərə görə, turnirdə dünyanın 27 müxtəlif ölkəsindən 2200-ə yaxın idmançı əzmkar mübarizə apararaq öz qüvvələrini sınayıblar. Yarışda karate üzrə Azərbaycan yığma komandasının və FHN-in karate komandasının 9 nəfərdən ibarət üzvü iştirak edərək yüksək nailiyyətlər əldə etməyi bacarıb.

Belə ki, yeniyetmələr arasında kumite yarışlarında -52 kq çəki dərəcəsində Həsən Osmanov yarışın bürünc, qızlar arasında isə +53 kq çəki dərəcəsində Azəri Nəcəfova bütün rəqiblərinə qalib gələrək qızıl medalın sahibi olublar. Gənc karateçilər arasında kata üzrə yarışlarda Nihad Məmmədzadə, kumite yarışında isə -75 kq çəki dərəcəsində Nicat Kərimli fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıblar. Bundan əlavə, böyüklər arasında şəxsi kata üzrə yarışlarda Nihad Məmmədzadə və Xəyal Məmmədov qızıl, kumite üzrə yarışlarda -84 kq çəki dərəcəsində Tural Ələkbərli, -75 kq çəki dərəcəsində Nicat Kərimli yarışın qızıl, -67 kq çəki dərəcəsində İlyas Nağıyev isə yarışın gümüş medalına yiyələniblər. +75 kq çəki dərəcəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət mayoru İlqar Ələkbərov yarışda üçüncü yerə layiq görülüb.

Veteranlar arasında isə kumite yarışlarında +84 kq çəki dərəcəsində Bəxtiyar Məmmədov bürünc medal qazanmaqla kifayətlənib.

Qaliblərə Dünya Şotokan Federasiyasının diplom və medalları təqdim olunub.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılar və məşqçi-müəllimlərlə görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, FHN-in karate komandasının əsas məşqçisi ikiqat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir