Üç rayonda ağaclar qanunsuz kəsilib, təbiətə 13 min manatdan çox ziyan dəyib

Cəmiyyət




Gəncə şəhəri, Quba və Sabirabad rayonları ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, xidmət araşdırma zamanı Gəncə şəhəri Fətulla Həsənov küçəsi 88 ünvanında vətəndaş Cahangir Məmmədov, Gəncə şəhəri Azərbaycan bayrağı küçəsi 456 ünvanında vətəndaş İmdad Bayramov, Quba rayonu Əski-İqriq kəndinin ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində vətəndaş Bəhram Babayev, Sabirabad rayonunun Qaragüney kəndinin ərazisində vətəndaş Əlifağa Məmmədov tərəfindən ağac və kolların qanunsuz kəsildiyini və təbiətə 13050 manat məbləğində ziyan dəydiyini müəyyən edib.

Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir