Rusiyada sutka ərzində subasan evlərin sayı 18 minə çatıb – VİDEO

Dünya




Rusiyada yaz daşqınları üzündən subasan yaşayış binalarının sayı bir sutka ərzində 1,7 min artaraq 18 minə çatıb.

Əsas artım yenidən Orenburq və Kurqan bölgələrində qeydə alınıb.

Məlumata görə, aprelin 18-də səhər saatlarında 210 yaşayış məntəqəsində və 175 bağçılıq icmasında 17 808 yaşayış evini yaz daşqınları basıb. Sutka ərzində artım əsasən Orenburq və Kurqan vilayətlərində olub.

Bundan başqa, 32 593 təsərrüfat sahəsini su basıb ki, bu da ötən günlə müqayisədə 1 554 ədəd çoxdur. O cümlədən 95 aşağı sulu körpü və 77 yol sahəsi su altında qalıb.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir