Həmid Həmidovla “Danışaq?”: Məşhur jurnalistlər məktəblərdə zorakılıq, cəmiyyətdəki aqressiya barədə – VİDEO

Cəmiyyət




Jurnalist Həmid Həmidov “Danışaq?” layihəsində daha bir videomüsahibə təqdim edib.

Bu dəfə verilişin formatı əvvəlkilərdən bir qədər fərqlidir. Podkastda qonaq qismində aparıcının həmkarları – tanınmış jurnalistlər Cəmilə Ələkbərova, Cavid Osmanov və Mick Bloom iştirak ediblər.

Maraqlı söhbət zamanı onlar məktəblərdə zorakılığın, cəmiyyətdə aqressiyanın niyə getdikcə geniş vüsət almasından danışıblar.

Həmsöhbətlər “Slovo patsana” serialının azyaşlılara təsiri, təhsil müəssisələrində qəddarlıq, böyüklərə hörmət, cəzasızlıq kimi aktual mövzuları müzakirə ediblər.

Jurnalistlər “Qəddarlığın səviyyəsi kompüter oyunlarından asılıdırmı?” və “Cəmiyyətdə aqressiyanın səviyyəsini necə azaltmaq olar?” kimi suallara da cavab verməyə çalışıblar.

Daha ətraflı videomaterialda:

 

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir