Bayden dayısının cəsədinin itkin düşməsində adamyeyənləri günahlandırıb

Dünya




ABŞ Prezidenti Co Bayden Yeni Qvineyada təyyarə qəzasında həlak olan dayısı Ambrouz Finneqanın cəsədinin adamyeyənlərə görə tapılmadığını bildirib.

Prezidentin sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirib.

“Dayım… hərbi aviator olub, o, kəşfiyyatçı kimi döyüş bölgələri üzərində təkmühərrikli təyyarələrdə uçub. Təyyarəni Yeni Qvineyada vurublar, onun cəsədi isə heç vaxt tapılmayıb, çünki Yeni Qvineyanın bu hissəsində çoxlu adamyeyən var idi – həqiqətən”, – deyə prezident bildirib.

Qeyd olunur ki, Baydenin versiyası ABŞ Müdafiə Nazirliyinin rəsmi qənaətlərindən fərqlənir. Rəsmi sənədlərdə qeyd olunub ki, kuryer uçuşu həyata keçirən Finneqanın təyyarəsi təcili olaraq suya eniş etmək məcburiyyətində qalıb. Pentaqonun məlumatına görə, üç ekipaj üzvü batan təyyarədən çıxa bilməyib.

Mənbə: CNN

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir