Qaynı evinə qonaq gəldi, arvadını döydü – TƏFƏRRÜAT

Kriminal




Bakının Suraxanı rayonunda 1991-ci il təvəllüdlü Adil ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Həmidəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az xəbər verir ki, hadisə ötən ilin iyulun 4-də, Suraxanı rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda baş verib.

Adil həmin ərazidə olan evində qaynı Zaurun onun icazəsi olmadan yaşadığı evə gəlməsi səbəbindən arvadı Həmidə ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əli və istintaqa məlum olmayan plastik boru ilə onun baş və bədəninin müxtəlif nahiyələrindən vurub.

Hadisəni törədən Adilin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Adil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, təxminən bir ildir Həmidə ilə rəsmi olaraq ailə həyatı qurub və birgə nikahdan bir övladı var:

“Hadisə günü arvadım zəng edərək qardaşı Zaurun bizə qonaq gəldiyini, mənim də evə gəlməyimi söylədi. Lakin ona işdən çıxa bilməyəcəyimi söylədiyim üçün Həmidə mənimlə kobud şəkildə danışdı. Sonra isə sağollaşdıq. Təxminən saat 18 radələrində işdən evə qayıtdıqda Həmidə heç bir əsaslı səbəb olmadan mənimlə mübahisə etməyə başladı. Həmidədən mənə qarşı kobudluq etməməsini tələb edərək işlərimlə əlaqədar qardaşını qonaq kimi qarşılaya bilmədiyimi söylədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Həmidə masanın üzərində olan qəndqabını əli ilə masaya vuraraq sındırıb:

“Bunun üçün arvadım Həmidənin bu hərəkətindən əsəbiləşdim və bir dəfə üzündən şillə ilə vuraraq sakitləşməsini tələb etdim. Bundan sonra Həmidə ağlayaraq otağa keçdi. Mən də qonaq otağında əyləşdim. Daha sonra isə aramızda heç bir mübahisə yaşanmadı. Mübahisə zamanı orada ikimizdən başqa heç kim olmayıb”.

Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Adilə 10 ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilib.

Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir