Avropa Komissiyasının rəhbəri: “Rusiyaya görə hərbi büdcə xərclərimizi 20 faiz artırmışıq”

Dünya




“Rusiyanın Ukraynada hərbi müdaxiləsindən sonra Avropa İttifaqı ölkələrinin hərbi büdcələrinə ayırdığı vəsait 20 faizə qədər artıb”.

Bu açıqlama ilə Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen çıxış edib.

O, Avropa müdafiə sənayesinin səmərəliliyini artırmaq üçün Avropa Komissiyasının rəhbərliyi altında birləşməyə çağırıb.

Ursula fon der Lyayen İranın İsrailə hücumunu da şərh edərək vurğulayıb ki, ABŞ və Böyük Britaniyanın dəstəyi ilə İsrailin hava hücumundan müdafiə sistemlərinin İranın, demək olar ki, bütün raketləri zərərsizləşdirməsi Avropa İttifaqı üçün dərs olmalıdır.

“Bu, uzunmüddətli investisiyalar fonunda yaradılan müdafiə sisteminin nə qədər əhəmiyyətli olduğunu göstərir”, –  deyə Ursula fon der Lyayen qeyd edib.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir